İraqlı qüvvələrin ABŞ-ın terrorizm ilə mübarizə iddiasına cavabı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274162-İraqlı_qüvvələrin_abŞ_ın_terrorizm_ilə_mübarizə_iddiasına_cavabı
İraqın baş naziri deyib: Amerikalı komandanlar İraqda İŞİD terrorçularının məhv edilməsi üçün 10 ildən 30 ilə qədər zamanın lazım olduğunu deyirdilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2017 08:05 Asia/Baku
  • İraqlı qüvvələrin ABŞ-ın terrorizm ilə mübarizə iddiasına cavabı
    İraqlı qüvvələrin ABŞ-ın terrorizm ilə mübarizə iddiasına cavabı

İraqın baş naziri deyib: Amerikalı komandanlar İraqda İŞİD terrorçularının məhv edilməsi üçün 10 ildən 30 ilə qədər zamanın lazım olduğunu deyirdilər.

İRİB-nin verdiyi məlumata görə, İraqın baş naziri Heydər İbadi Amerikalı komandanlar tərəfindən terrorçuların önlənilməsi istiqamətində səsləndirilən iddialara işarə edərək, deyib: İraqlı qüvvələr terrorizmi məhv və terrorçular ilə müzakirəni rədd etmək şüarı ilə qısa zaman ərzində İŞİD-i məhv etməyə nail oldular.

İbadi terrorçuların təfriqə və təxribat törətmək məqsədi ilə İraqın müxtəlif məntəqələrində terror aktları törətmələrinə işarə edərək, deyib: Düşmən silahlı bir qüvvə olaraq qarşımıza çıxmır. Əksinə, qorxaqcasına sivil əhali arasında partlayışlar törədir.

Bəzi regional medialar davamlı olaraq ABŞ-ın İraqda İŞİD terrorçularına havadan yardımlar çatdırması ilə bağlı video-görüntülər və fotoşəkillər yayımlayırlar. Amma, amerikalılar davamlı olaraq bu yardımların yanlış olaraq terrorçuların əlinə keçdiyini iddia edirlər.