"Terrorçulara aradan çıxmaq imkanı vermədik"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274302-terrorçulara_aradan_çıxmaq_imkanı_vermədik
İraqın baş naziri bu ölkənin silahlı qüvvələrinin terrorçulara aradan çıxmaq imkanı vermədiklərini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2017 15:09 Asia/Baku
  • Heydər Əl-İbadi
    Heydər Əl-İbadi

İraqın baş naziri bu ölkənin silahlı qüvvələrinin terrorçulara aradan çıxmaq imkanı vermədiklərini vurğulayıb.

Heydər Əl-İbadi deyib: Biz İraqda terrorçularla müzakirə etmədik və onlara qaçıb aradan çıxmaq imkanı da vermədik. Terrorçuların aradan çıxmasına imkan verən başqaları oldu. Biz İraqda əsla belə imkan verməmişik və sonunadək terrorizm ilə mübarizə apararaq onu məhv etməkdə qərarlıyıq. Məhz buna görə də İŞİD-i zəiflətdik. İŞİD-in tələfatı çox ağırdır və buna görə də sadəcə İraqda deyil Suriyada da İŞİD-in dağılması zamanı yaxındır.