İyun 27, 2017 19:44 Asia/Baku
  • Mosul azad olunmaq ərəfəsində

İraqın Federal Polis komandanı deyib: İŞİD-in Mosuldakı son bazası olan bu şəhərin qədim hissəsinin bütün giriş nöqtələri iraqlı qüvvələrin tam nəzarətindədir.

İRİB-in verdiyi məlumata görə, İraqın Federal Polis komandanı Raid Cövdət deyib: Polis əməkdaşlıarı Mosulun qədim hissəsində iraqlı qüvvələrə hücum planlaşdıran İŞİD terrorçularını məhv edib.

Cövdət deyib: İraqın hərbi mühəndislik bölməsi bütün partlayıcı pusquları və bombaları zərərsizləşdirərək əski körpüyə gedən Neynəva küçəsini aça bilib.

İraq mənbələri həmçinin İŞİD-in Pilostsuz Uçan Aparatları üzrə başçısı Əbu-Həfsə və onun qüvvələrini Tələfərdə məhv ediblər. Bu əməliyyatda İŞİD-in PUA-lar yuvası tamamiylə dağıdılıb. Mosulda İŞİD-ə qarşı əməliyyatlar şiddətlə davam edir.

Teqlər