Lavrov: Məlumatlar ABŞ-ın Xan Şiyxun hadisəsi barədəki iddiasını təsdiq etmədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274746-lavrov_məlumatlar_abŞ_ın_xan_Şiyxun_hadisəsi_barədəki_iddiasını_təsdiq_etmədi
Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Kimyəvi Silahların Qadağanı üzrə Təşkilatın Suriyadan olan məlumatı ABŞ-ın və onun müttəfiqlərinin Xan Şiyxun məntəqəsinə qarşı kimyəvi hava hücumu barədəki iddialarını təsdiq etmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2017 14:27 Asia/Baku
  • Lavrov: Məlumatlar ABŞ-ın Xan Şiyxun hadisəsi barədəki iddiasını təsdiq etmədi

Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Kimyəvi Silahların Qadağanı üzrə Təşkilatın Suriyadan olan məlumatı ABŞ-ın və onun müttəfiqlərinin Xan Şiyxun məntəqəsinə qarşı kimyəvi hava hücumu barədəki iddialarını təsdiq etmir.

Assoşieyted-Press-in məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında belə deyib: Kimyəvi Silahların Qadağanı üzrə Təşkilatın cümə axşamıgünkü hesabatında deyilir ki, bu təşkilatın müfəttişləri məntəqədə tapılmış sarin qazının bomba şəklində və havadan bu məntəqənin üzərinə atılmasına əmin deyillər və onlar bu kimyəvi maddənin məntəqədə necə peyda olduğunu bilmirlər.

ABŞ ordusu ötən apreldə Xan Şiyxunun Suriyanın dövlət qüvvələri tərəfindən kimyəvi bombardmana məruz edilməsi iddiasının ardınca Suriya dövlətinə aid olan Əlşayrat bazasını raket atəşinə tutdu.

Kimyəvi Silahların Qadağanı üzrə Təşkilatının hesabatında Amerikanın iddiasının isbat edilməməsinə rəğmən, bu ölkənin dövlət departamenti həmin hesabata reaksiyada bir daha Suriya dövlətini kimyəvi hücumda ittiham edibdir.