Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın çıxışları universitetlərdə tədris olunur
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın çıxışları Təl-Əviv Universitetində tədris edilir.
İRİB-nin verdiyi məlumata görə, Əl-Yəum qəzetinin internet portalında yer alan məlumata görə, Seyid Həsən Nəsrullahın çıxışlarının İsraildə əhali arasında geniş təsirə malik olmasını nəzərə alaraq, Təl-Əviv Universitetinin "Xalq arasındakı çıxışların təsirlərinin öyrənilməsi" bölməsi Seyid Həsən Nəsrullahın "İsrail hörümçək torundan daha zəifdir" ifadəsindən istifadə etdiyi çıxışına "natiqlik məharəti və bəlağətli bəyan " adlı dərs proqramında yer verib.
Təl-Əviv Universitetinin müəllimlərindən biri Seyid Həsən Nəsrullahın çıxışını şərh edərəkən deyib: Nəsrullah "Dimona AES-inə acı zərbə" ifadəsindən istifadə etməklə İsraili təhdid edib.
Bundan öncə İsrail ordusunun sabiq sözçüsü Avi Benyahu da bildirmişdi ki, Livan Hizbullahının psixoloji müharibəsində faktlar əsasında danışmaq əsas prioritet təşkil edir. Və ötən illər ərzində Hizbullah daim bu etibarını qoruyub. Elə buna görədir ki, Seyid Həsən Nəsrullah təhdid etdiyi zaman bütün israillilər və bütün dünya bu təhdidlərə inanır və onu ciddi qəbul edir.