İyul 05, 2017 09:49 Asia/Baku
  • Qətəri boykot etmiş ölkələr Dohanın cavabını aldılar

Ərəbistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn bildiriblər ki, Küveyt Qətərin cavabını onlara təhvil veribdir.

IRNA-nın məlumatına görə, Qətəri boykot etmiş ölkələrin xarici işlər nazirləri bu məqsədlə bu gün Qətərə qarşı sanksiyaların davam etdirilməsi haqda qərar çıxarmaq üçün iclas keçirəcəklər.

Belə bir halda, Ərəbistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin xəfiyyə təşkilatlarının başçıları bu ölkələrin 13 şərtinin Qətər tərəfindən qəbul olunması üçün təyin edilmiş möhlətin bitməsindən bir gün öncə Qahirədə görüşüblər.

İyunun beşində ayrı-ayrı bəyanatlarda Qətərlə diplomatik əlaqələrini kəsdiklərini elan etmiş Ərəbistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn iyunun 23-də özlərinin 13 bəndlik tələblərini Qətərə təhvil verdilər və bildirdilər ki, Doha ilə əlaqələrin adiləşdirilməsi bütün bu tələblərin yerinə yetirilməsindən asılıdır.

Ərəbistan ilə onun müttəfiqlərinin Qətər üçün təyin etdikləri ən mühüm şərtlər Livan Hizbullahı və İranla diplomatik əlaqələrin kəsilməsi, Əlcəzirə telekanalının tam şəkildə bağlanması və Türkiyənin Qətər ərazisindəki hərbi bazasının yığışdırılmasıdır.

Küveyt xəbər agentliyi daxil olmaqla bəzi informasiya mənbələrinin məlumatlarına görə, Qətər Ali-Səudun başçılıq etdiyi dörd boykot edən ölkənin on üç bəndlik tələblərinə öz mənfi cavabını verib. Bəzi qeyri-rəsmi məlumatlara görə, Qətər bu tələblərin yerinə yetirilməsini sanksiya edən ölkələrin qarşılıqlı hərəkətləri ilə şərtləndiribdir.

 

Teqlər