Suriyada xlor qazından istifadə iddiası anti-Suriya təbliğatıdır
Rusiya xarici işlər nazirliyinin sözçüsü Suriya dövlətinin terrorçularla mübarizədə xlor qazından istifadə etməsi iddiasını anti-Suriya təbliğatı adlandırıb.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün Moskvada Suriya dövlətinin Şərqi Qutədə və Dəməşqətrafı məntəqədə terrorçularla mübarizədə xlor qazından istifadə etməsi iddialarını anti-Suriya təbliğatı çərçivəsində adlandırıb.
Bundan öncə də Suriya ordusunun komandanlığı terror qruplarının bu ölkə ordusunun xlor qazından istifadə etməsinə dair iddialarını təkzib etmişdi.
Suriya, beynəlxalq təşkilatların hesabatına əsasən, heç bir kimyəvi silaha malik deyil.
Bir çox ekspert Suriya dövlətini kimyəvi silahdan istifadə etməkdə ittiham etməyi bu ölkə ordusunun terrorçular üzərindəki son qələbələrilə paralel surətdə reallıqları tərsinə göstərmək və ümumi fikri yayındırmaq üzrə səy adlandırır.