İordan çayının qərb sahilində 2 fələstinli şəhid olub
İyul 12, 2017 05:31 Asia/Baku
-
İordan çayının qərb sahilində 2 fələstinli şəhid olub
Sionist rejim hərbçiləri ötən gecə İordan çayının qərb sahilində Cənin şəhərinə hücum edib. Nəticədə iki fələstinli şəhid olub və üç nəfər də yaralanıb.
İRNA-nın məlumatına görə, ötən gün də işğal olunmuş ərazilərdə yerləşən Beyt-İshaqda bir fələstinli gənc sionist rejim hərbçiləri tərəfindən şəhid edilib.
Sionistlər Fələstin ərazilərində öz ekspansionist məqsədlərinə çatmaq üçün həmişə fələstinlilərə hücum edirlər. 2015-ci il oktyabr, yəni Qüds İntifazəsi başlandıqdan sonra bu hücumlar artmışdır. Nəticədə 320 fələstinli şəhid olmuş, bir qrup fələstinli yaralanmış və ya həbs olunmuşdur.
Teqlər