İyul 13, 2017 17:52 Asia/Baku
  • eydər Əl-İbadi
    eydər Əl-İbadi

İraqın baş naziri bəzi beynəlxalq təşkilatların iraqlı qüvvələrin Mosulun azad edilməsi əməliyyatındakı rəftarları ilə bağlı iddialarını rədd edib.

Livanın Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi Nazirlər Kabinetinin həftəlik iclasında bəzi beynəlxalq insan haqları təşkilatlarının Mosulun azad edilməsi zamanı iraqlı qüvvələrin xətalara yol verməsi ilə bağlı iddialarını rədd edərək, deyib: İraqlı qüvvələr sivil əhalini xilas etmək üçün öz həyatlarını təhlükəyə atıblar. 

Əl-İbadi əlavə edib: Beynəlxalq insan haqları təşkilatları ötən 3 ildə İŞİD tərəfindən işğal altında saxlanılan Mosul şəhəri və digər məntəqələrdə İraq xalqı üçün heç bir iş görmədilər və bu məntəqələr həmin müddət ərzində qətllərin, qadın və uşaqlarıın satılmasının və hüquqlarının tapdalanmasının şahidi olub. 

İraqın baş naziri əlavə edib: İraqlı qüvvələr insan haqlarının həqiqi müdafiəçiləridirlər. Və onlar bu yolda öz canlarını fəda ediblər. Beynəlxalq insan haqları təşkilatlarından isə istəyirik ki, əgər başqa bir həll yolu bilirlərsə, təklif etsinlər. 

İnsan Haqlarına Nəzarət təşkilatı iraqlı qüvvələri islahetmə düşərgəsində İŞİD terror qruplaşması üzvlərinin ailələri olmaqda şübhəli bilinən 170 ailəyə qarşı güc tətbiq etməkdə ittiham edir. 

İraq rəsmiləri ötən həftə İŞİD-in işğalından azad edilmiş Mosul şəhərinin şərqində yerləşən Bərtələ məntəqəsində ilk islahetmə düşərgəsini təsis edib. 

Teqlər