Bəşşar Əsəd: Suriyada müharibə hökumətin zəifləməsinə səbəb olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276588-bəşşar_Əsəd_suriyada_müharibə_hökumətin_zəifləməsinə_səbəb_olub
Suriya prezidenti ölkədə korrupsiyanın kökünün kəsilməsinin vacibliyini vurğulayıb: Suriyada müharibə və qarşıdurma, iş prosesinin zəifləməsi, etinasızlıq və tapşırıqların yerinə yetirilməsində səhlənkarlıqla nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2017 04:19 Asia/Baku
  • Bəşşar Əsəd
    Bəşşar Əsəd

Suriya prezidenti ölkədə korrupsiyanın kökünün kəsilməsinin vacibliyini vurğulayıb: Suriyada müharibə və qarşıdurma, iş prosesinin zəifləməsi, etinasızlıq və tapşırıqların yerinə yetirilməsində səhlənkarlıqla nəticələnib.

İRİB-in məlumatına görə, Bəşşar Əsəd Suriyanın Nəzarət Və Yoxlama Mərkəzi Komitəsinin sədri Aminə əl-Şəmatla Dəməşqdə toplantıda deyib: Korrupsiya dövlət idarələrində nüfuz və qanunlarda nöqsanların yaradılmasında həmişə gücə malik olmuşdur. Suriyada müharibə vəzifələrin yerinə yetirilməsində səhlənkarlıq və etinasızlığın artmasında paya malikdir. 

Bəşşar Əsəd əlavə edib: Dövlət qurumlarının funksiyasına daha ciddi və əlavə nəzarət tətbiq olunmalıdır və səbəbkarlar və müqəssirlər cəzalandırılmalıdır. 

Suriyada böhran 2011-ci ildənqanuni prezident Bəşşar Əsədin dövlətini devirmək məqsədilə  Səudiyyə Ərəbistanı, sionist İsrail rejimi, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlanmışdır.