İyul 17, 2017 18:58 Asia/Baku
  • Livan Hizbullahı şəhadətsevər əməliyyatın pislənilməsinə reaksiya verdi
    Livan Hizbullahı şəhadətsevər əməliyyatın pislənilməsinə reaksiya verdi

Livan Hizbullahı bir bəyanatda əl-Əqsa məscidində 3 fələstinli gəncin son şəhadətsevər əməliyyatının pislənilməsini təəccübləndirici adlandırıb.

İRNA-nın məlumatına görə, Livan Hizbullahının bəyanatında bildirilir: Bu qəhrəmanlıq əməliyyatını pisləyən bəzi siyasi və media dairələrinin mövqeyi təəccübləndiricidir və belə bir mövqe bildirənlər sionist rejimlə həmişəlik savaşda öz yerlərini bəlli etməlidirlər. 

Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas cümə günü üç fələstinli gəncin əl-Əqsa məscidində şəhadətsevər əməliyyatından sonra sionist rejimin baş naziri Benyamin Netanyahu ilə telefon əlaqələsində bu əməliyyatı pisləyib. 

Bu bəyanatda əlavə olunub: Bu şücaətli hücum Fələstin xalqının müqavimət ruhiyyəsi və əl-Əqsa məscidinin mövqeyinə görədir. 

Bu bəyanatda həmçinin bildirilib: Hizbullah bu anti-sionist hərəkatlarla fəxr edir və gün-gündən artmaqda olan əl-Əqsa məscidi və əhaliyə qarşı işğalçıların repressiv hərəkətlərini sərt şəkildə qınayır. 

14 iyulda üç fələstinli gənc əl-Əqsa məscidində şəhadətsevər əməliyyatda 2 sionist hərbçini öldürdü və bir işğalçı hərbçini yaraladı və özləri də şəhid oldular. 

Teqlər