Suriyanın Əlqələmun yüksəkliklərinin məntəqələrindən biri azad edilib
Suriyanın ordusu və müqavimət qüvvələri Livanla sərhəd məntəqələrinin təmizlənməsi əməliyyatının ilk etapında bu gün Əlqələmun yüksəkliklərində yerləşən “Tələ Əlbərkan” məntəqəsini Cibhətunnusrə terrorçularından geri alıblar.
Suriyada böhranın kulminasiya nöqtəsinə çatması və minlərlə suriyalı mühacirin Livanın Ərsal məntəqəsində iştirakı ilə, əksər hissəsi Cibhətunnusrə, bəziləri də İŞİD ünsürlərindən olan silahlı və terrorçu qruplar bu məntəqədə yerləşiblər.
IRNA-nın məlumatına görə, Suriya ordusunun bu gün Livanla həmsərhəd məntəqələrdəki əməliyyatında Cibhətunnusrə terrorçularından bir qrupu öldürülüb, bir qrupu isə yaralanıbdır.
Suriyanın ordusu və müqavimət qüvvələrinin Əlqələmun məntəqəsindəki əməliyyatı terrorçuların bu məntəqədən çıxmaq üzrə cəhdlərinin dalana dirənməsindən sonra bu gün səhər başlanıbdır.
Suriya-Livan sərhədində yerləşən məntəqələr son illərdə silahlı və terror qrupları, xüsusən Cibhətunnusrə-nin iştirakı səhnəsi olubdur.
Ötən bir neçə gün ərzində Livanın ordu və müqavimət qüvvələri Ərsal yüksəkliyində və ətraf məntəqələrdə olaraq, terrorçuların mövqelərinə qarşı geniş əməliyyat keçirməyə hazırlaşmışdılar.