İyul 24, 2017 10:11 Asia/Baku
  • Küveytdə fələstinlilərlə həmrəylik aksiyası
    Küveytdə fələstinlilərlə həmrəylik aksiyası

Küveytdə yüzlərlə siyasi fəal Fələstin səfirliyi qarşısında piket keçirərək fələstinlilərlə həmrəylik nümayiş etdirib və Məscidül-Əqsaya qarşı hörmətsizlikləri pisləyib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, aksiyaçılar İsrail ilə diplomatik və iqtisadi əlaqələrə malik olan ərəb ölkələrini bu rejim ilə razılaşmalarının dərhal dayandırmağa və işğalçı rejimə qarşı sərt mövqe sərgiləməyə çağırıblar. 

İyulun 14-də sionist rejim Məscidül-Əqsada fələstinlilərlə şiddətli toqquşmalardan sonra özünün repressiv hərəkətlərini gücləndirib və Məscidül-Əqsaya fələstinlilərin girişinə məhdudiyyətlər tətbiq edib. Bu müddətdə fələstinlilər Qüdsdə sionist hərbçilərin hücumlarına məruz qalır və indiyədək həmin hücumlarda 7 fələstinli şəhid olub. 

Teqlər