Sionist hərbçilər Məscidül-Əqsaya hücum ediblər
-
Sionist hərbçilər Məscidül-Əqsaya hücum ediblər
Sionist rejim hərbçiləri bu gün səhər Məscidül-Əqsanın ətrafında oturaq aksiya keçirən fələstinlilərə hücum edərək onları döyüblər.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin mediaları bildiriblər ki, sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edərək indiyədək ittiham irəli sürülmədən 9 fələstinlini həbs ediblər. Sionist hərbçilər işğal olunmuş Qüdsdə fələstinli şəhidlədən olan Məhəmməd Əbu Qənamın atasını da saxlayıblar.
21 yaşlı fələstinli də Qüdsü işğal edən rejim hərbçilərinin dünən axşam Qüdsün qədim hissəsində Babül-Əsbatda fələstinli namazqılanlara hücumunda yaralanıb.
Sionist rejim hərbçiləri cümə günü iyulun 14-dən bazar gününədək baş nazir Benyamin Netanyahunun göstərişi əsasında Məscidül-Əqsanın qapılarını fələstinli namazqılanların üzünə bağladılar və yenidən açdıqdan sonra girişlərdə elektron keçidlər quraşdırdılar. Bu hərəkət fələstinlilərin kəskin etirazlarına səbəb olub.