Ərəbistan - İsrail əlaqələri aşkar müstəvidə
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277484-Ərəbistan_İsrail_əlaqələri_aşkar_müstəvidə
İsraildə çıxan bir qəzet Ər-Riyad və Təl-Əviv arasındakı əlaqələrə işarə edərək, yazıb: Ərəbistan və İsrail əlaqələrinin rəsmən elan olunması zamanı artıq çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2017 05:08 Asia/Baku
  • Ərəbistan - İsrail əlaqələri aşkar müstəvidə
    Ərəbistan - İsrail əlaqələri aşkar müstəvidə

İsraildə çıxan bir qəzet Ər-Riyad və Təl-Əviv arasındakı əlaqələrə işarə edərək, yazıb: Ərəbistan və İsrail əlaqələrinin rəsmən elan olunması zamanı artıq çatıb.

Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, Məariv qəzeti İsraili Ərəbistanın məxfi himayədarı adlandırıb və Netanyahunun başçılıq etdiyi nazirlər kabinetinin Ərəbistan ilə əlaqələrin gizliliyini qorumasını tənqid edərək, yazıb: Ərəbistanın İsrailə olan ehtiyacını nəzərə alaraq, iki tərəf arasındakı müansibətlərin aşkar müstəviyə daşınması zamanı çatıbdır.

Məariv qəzeti İsrailin nazirlər kabinetindən Ərəbistan başçıları ilə məxfi görüşləri gizlətməmələrini və İsrailin maraqlarına xidmət etmələrini istəyib.

Ərəbistan və İsrail müqavimət cəbhəsi əleyhinə siyasətlərini kordinasiya etməklə yanaşı, regiondakı terrorçu qruplaşmaları da öz himayələri altına alıblar. Bununla da Ali-Səud və sionist rejimin həqiqi mahiyyəti hamı üçün ifşa olub.