İyul 29, 2017 19:33 Asia/Baku
  • Yəmən dəniz qüvvələri BƏƏ-nin hərbi gəmisini hədəfə aldı

Yəmənin dəniz qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə məxsus bir ədəd hərbi gəmini Əl-Məxa şəhərinin sahil sularında hədəfə aldığını bildirib.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, bir yəmənli hərbi mənbə şənbə günü deyib: Yəmənin dəniz qüvvələri Əl-Məha limanına doğru üzməkdə olan Birləşmiş Ərəb Əmirliklərinin bir ədəd hərbi gəmisini izləyərək, münasib silah ilə hədəfə alıb. 

Yəmən ordusunun raket bölməsi də 14 iyun 2017-ci il tarixində Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinə məxsus bir ədəd gəmini Əl-Məha şəhərinin sahil sularında hədəfə almışdı. Daha sonra BƏƏ bu gəminin ona aid olduğunu etiraf etmişdi. 

ABŞ-ın himayəsini əldə edən Ərəbistan bəzi ərəb ölkələri ilə birlikdə 2015-ci ilin martından Yəməni fasiləsiz olaraq havadan, qurudan və dənizdən hücumlara məruz qoyur. 

Teqlər