Təlləfərdə 17 kənd azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278300-təlləfərdə_17_kənd_azad_edilib
İraqın xalq səfərbər qüvvələri bu gün Mosulun qərbində Tələfərin cənub şərqində 17 kəndi terrorçulardan azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2017 14:54 Asia/Baku
  • Təlləfərdə 17 kənd azad edilib
    Təlləfərdə 17 kənd azad edilib

İraqın xalq səfərbər qüvvələri bu gün Mosulun qərbində Tələfərin cənub şərqində 17 kəndi terrorçulardan azad ediblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Həşədüşşəbinin xəbər portalı bu qüvvələrin Tələfərin yaxınlığında 17 kəndi terrorçulardan azad etməsini bildirib. Azad edilmiş ərazilərdə İŞİD terrorçularının silah anbarının müəyyənləşməsi, ərazinin minalardan təmizlənməsi əməliyyatına başlanılıb. 

Neynəva əməliyyatının komandanı General Nəcm Əccəburi də Təlləfər şəhərində 1500 terrorçunun olduğunu deyib və Təlləfərin azad edilməsi əməliyyatının Mosul əməliyyatı kimi çox uzanmayacağını proqnozlaşdırıb. 

İraqın baş naziri Heydər Əl-İbadi də öncə demişdi ki, Bağdad Təlləfərin, Əl-hüveycənin və Ələnbar vilayətinin qərb ərazilərinin İŞİD-in işğalından azad edilməsində qərarlıdır.