Avq 10, 2017 12:33 Asia/Baku
  • ABŞ İraqın səfərbər xalq qüvvələrini bilərəkdən vurub
    ABŞ İraqın səfərbər xalq qüvvələrini bilərəkdən vurub

Bəhreynin 14 fevral inqilabı gənclər koalisiyası ABŞ ordusunun İraq ordusu və səfərbər xalq qüvvələrini (Həşdüşşəbi) davamlı olaraq hədəfə almasını məqsədyönlü hərəkət adlandırıb.

İraqda terrorçulara qarşı mübarizədə təsirli rola malik olan səfərbər xalq qüvvələrinin "Seyid Əş-Şühəda" batalyonları bazar ertəsi günü bir bəyanat yayaraq, ABŞ qırıcılarının bu qüvvələrin İraqın Suriya ilə sərhəd məntəqəsindəki mövqelərinə qarşı hava hücumlarında 40 döyüşçüsünün ölməsi və çoxlu sayda insanın da yaralanmasından xəbər vermişdi. 

Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreynin 14 fevral inqilabı gənclər koalisiyası çərşənbə günü bir bəyanat yayaraq, ABŞ-ın İraqda səfərbər xalq qüvvələrinə qarşı cinayətlərini qınayaraq, bildirib: Seyid Əş-Şühəda batalyonlarının mövqelərinə qarşı hava hücumunun həyata keçirilməsi ABŞ-ın terrorçuları dəstəklədiyinə dəlalət edən bir başqa faktdır. 

Bəhreynin 14 fevral inqilabı gənclər koalisiyası ABŞ əleyhinə beynəlxalq cinayət məhkəməsinə şikayət edilməsini zəruri adlandırıb və İraqın səfərbər xalq qüvvələrindən ABŞın İraq və digər İslam və Ərəb ölkələrindəki hərbi iştirakına qarşı addımlarını artırmalarını istəyib. Çünki, ABŞ heç vaxt zülmə məruz qalan xalqların kənarında olmayıb. 

İraqın baş naziri Heydər Əl-İbadi də çərşənbə axşamı deyib: ABŞ-ın başçılıq etdiyi beynəlxalq anti-İŞİD koalisiyası İraq ərazisində özbaşına qaydada hücumlar həyata keçirmək səlahiyyətinə malik deyil. 

Teqlər