Tələfər tam şəkildə iraqlı qüvvələrin mühasirəsindədir
-
Tələfər tam şəkildə iraqlı qüvvələrin mühasirəsindədir
İraqlı qüvvələrin birgə əməliyyat komandanlığının sözçüsü deyib: İraqın ordusu və xalq səfərbər qüvvələri İŞİD-in işğalından azad etmək üçün Tələfər şəhərini mühasirəyə alıblar.
IRNA-nın Skay-Nyus telekanalına istinadlı məlumatına görə, iraqlı qüvvələrin birgə əməliyyat komandanlığının sözçüsü general-mayor Yəhya Rəsul bu gün sonra belə deyib: İraqın silahlı qüvvələri hazırda Tələfəri mühasirəyə alaraq, Suriya ərazisindən İŞİD-ə köməyin çatdırılması yollarını kəsiblər.
Yəhya Rəsulun proqnozuna əsasən, Tələfər əməliyyat məntəqəsinin genişliyinə görə, bu məntəqədə döyüşlər bir neçə həftə davam edəcəkdir.
Hazırda Mosulun qərbindən 55 kilometr aralıqda yerləşən Tələfər, Kərkükdən cənub-qərbdə yerləşən Əlhəvicə və Ələnbar vilayətinin qərbindəki Əlqaim şəhərləri İŞİD terrorçularının işğalı altındadır.