Avq 13, 2017 13:12 Asia/Baku
  • Səudiyyə Ərəbistanı Yəmən müharibəsində 10 ədəd təyyarəsini itirdiyini etiraf edib
    Səudiyyə Ərəbistanı Yəmən müharibəsində 10 ədəd təyyarəsini itirdiyini etiraf edib

Səudiyyə rejimi təcavüzkar qüvvələrin Yəmənə qarşı hücumlarında indiyədək 10 ədəd təyyarə o sıradan 4 ədəd BƏƏ təyyarəsinin vurularaq salındığını etiraf edib.

İraqın Əl-İttica telekanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı deyilən 10 təyyarənin nəkimi salındığını bildirmədən bunlardan 3 ədədinin Səudiyyəyə qalan təyyarələri BƏƏ, İordaniya, Bəhreyn və Marakeşə aid olduğunu bildirib. 

YəmənPress internet portalı da BƏƏ-nin keçmiş hökumətinin başçısı Zayid Bin Həmdan Bin Zayid Ali-Nəhyanın oğlunun Yəmənin Şəbuh vilayətində vertolyotun qəzaya uğraması hadisəsində ölməsindən xəbər verib. 

BƏƏ silahlı qüvvələrinin baş qərargahı bir bəyanat yayaraq bildirib ki, bu ölkənin 4 hərbçisi cümə günü bir ədəd hərbi vertolyotun qəzaya uğraması nəticəsində Yəmənin şərqində ölüb. 

BƏƏ Səudiyyənin Yəmənə qarşı müharibəsində iştirak edir və onlar daha çox Yəmənin cənubu və cənub şərqində fəaliyyət göstərirlər. 

Teqlər