Rusiya İraqa T-90 tankları satır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279774-rusiya_İraqa_t_90_tankları_satır
Rusiyanın Bağdaddakı səfiri bazar ertəsi günü bildirib ki, Moskva tezliklə İraqa T-90 tanklarını satacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2017 04:59 Asia/Baku
  • Rusiya İraqa T-90 tankları satır
    Rusiya İraqa T-90 tankları satır

Rusiyanın Bağdaddakı səfiri bazar ertəsi günü bildirib ki, Moskva tezliklə İraqa T-90 tanklarını satacaq.

İRNA-nın məlumatına görə, Maksim Maksimov əlavə edib: Bu tanklar Rusiya və İraq arasında imzalanan memorandum çərçivəsində Bağdada satılacaq. 

Rusiyanın İraqdakı səfiri iki ölkə arasında digər hərbi sektorlarda da əməkdaşlıq üçün məsləhətləşmələrin başlandığını qeyd edərək Moskvanın İraq ordusunu yeni hərbi silahlarla təchiz etmək üçün hazır olduğunu bildirib. 

İraq terrorizmlə mübarizəni davam etdirmək üçün ordunu gücləndirmək ardıncadır.