Avq 19, 2017 19:18 Asia/Baku
  • Tuyinan qaz yatağının azad edilməsi yüksək qiymətləndirilib
    Tuyinan qaz yatağının azad edilməsi yüksək qiymətləndirilib

Suriyanın neft naziri bildirib: Tuyinan zavodu və qaz yatağının azad edilməsi Suriyanın enerji sektoruna gözə çarpacaq dərəcədə təsirli olacallq

Suriyanın Əl-Əxbariyyə telekanalının verdiyi məlumata görə, Suriya ordusu bölmələri Tuyinan zavodu və qaz stansiyasını və Ərriqə vilayətindəki bəzi qaz yataqlarını azad etdikdən sonra Suriyanın neft və mədənlər naziri Əli Qanim deyib ki, bu əməliyyat enerji sektorunda gözə çarpacaq iqtisadi rezonans doğuracaq. 

Suriyanın neft naziri deyib: Dünən Suriya ordusunun igidləri Tuyinan qaz zavodunu azad etdilər. Bu zavod 3.3 milyon kub metr istehsal qabiliyyətinə malikdir və 19 qaz yatağı və 5 qaz stansiyası bu zavoda bağlıdır. Mühəndislik qruplarımız bu zavodu araşdırıblar. Növbəti mərhələdə 600 min kub metr qaz istehsalını planlaşdırırıq və bu qaz ölkənin qaz şəbəkəsinə ötürüləcək. Həmçinin 1.1 milyon kub metr qaz istehsalını nəzərdə tutan qısa və orta müddətli layihəmiz də var. 

Suriyalı nazir deyib: Bu statistikalar sözü gedən qaz yataqlarının azad edilməsinin iqtisadiyyata olacaq gözəçarpacaq təsirlərindən xəbər verir. 

Teqlər