İraq amerikan qüvvələrin Tələfərin azad edilməsində iştirakı ilə müxalifət edib
Avq 20, 2017 15:43 Asia/Baku
-
İraq amerikan qüvvələrin Tələfərin azad edilməsində iştirakı ilə müxalifət edib
İraq Hizbullahı bildirib ki, amerikan qüvvələrin Tələfərin azad edilməsində iştirakı ilə müxalifdir.
İraq Hizbullahı batalyonlarının sözçüsü Muhəmməd Muhi bu gün Livanın Əlməyadin telekanalı ilə müsahibədə deyib: İraqlı qüvvələr doqquz ay bundan öncədən bəri Mosuldan qərbdə yerləşən Tələfər şəhərinin darvazalarında yerləşiblər və Tələfəri İŞİD terrorçularının işğalından çıxarmağa çalışırlar.
İraq Hizbullahı batalyonlarının sözçüsü vurğulayıb: Tələfər üç tərəfdən mühasirədədir və yalnız bu şəhərin şimal mehvəri qalıbdır ki, o da kürdlərin nəzarəti altındadır. Muhəmməd Muhi vurğulayıb: Tələfərin azad edilməsində amerikalı qüvvələrin iştirakı ilə müxalifik, zira koalisiya qüvvələri İŞİD terrorçuları ilə qarşılaşmada ciddi deyillər.