Mettis: ABŞ İraqın parçalanması və səbatsızlığı ilə müxalifdir
Avq 23, 2017 14:35 Asia/Baku
ABŞ-ın müdafiə naziri İraqın baş naziri ilə görüşdə bu ölkənin birliyinə dəstəyə və İraqın səbatsızlaşdırılması və parçalanması hədəfilə atılacaq hər bir addımla müxalifətə təkid edib.
İraqın baş nazirinin ofisi dünən axşam bir bəyanat yayaraq, bildirib ki, ABŞ-ın müdafiə naziri Ceyms Mettis İraqın baş naziri Heydər Əlibadi ilə görüşdə ölkəsinin İraqın terrorizmlə müharibəsinə dəstək verdiyini vurğulayıb və əldə olunmuş qələbələri yüksək qiymətləndiribdir.
Bu görüşdə ABŞ-İraq həmkarlıqlarının hərbi, təlim, silah və terrorizmlə mübarizə sahələrində gücləndirilməsi, eləcə də iraqlı qüvvələrin İŞİD terror qrupu ilə mübarizədə əldə etdiyi qələbələr ətrafında fikir mübadiləsi aparılıb.