İraqda terrorçulara qarşı döyüş davam edir
İraqın Müştərək Əməliyyat Qərargahının sözçüsü deyib: Tələfər şəhərinin azad edilməsi əməliyyatı sona çatdıqdan sonra, digər bölgələrin təkfirçilərdən azad edilməsi prossesi başlanacaq.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İraqın Müştərək Əməliyyat Qərargahının sözçüsü Yəhya Əzzübeydi bu ölkə qüvvələrinin təkfirçilərin işğalında olan digər bölgələrin azad edilməsi istiqamətində İŞİD terrorçuları ilə döyüş əməliyyatlarının davam etdiyini vurğulayaraq deyib: İŞİD Əl-Ənbarın qərbində Fərat çayına yaxın bölgələr və Kərkük vilayətinin cənub ərazirləri istisna olmaqla İraqın başqa heç bir yerində fəaliyyətə malik deyil.
Əzzübeydi İraq qüvvələrinin Tələfər şəhərindəki əməliyyatının davam etdiyini bildirərək deyib: Bu əməliyyat mülkinin canının mühafizəsi və infrastrukturun qorunub saxlanılması baxımından iraqlı qüvvələr üçün nümunəvi əməliyyat hesab olunur.
İraqlı qüvvələr Tələfər şəhərinin mərkəzinə daxil olduqda təkfirçilərin bayrağını endiriblər və qələbə münasibəti ilə şənlik ediblər.