Bəşar Əsəd: Suriya və İran ayıq olmalıdırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281159-bəşar_Əsəd_suriya_və_İran_ayıq_olmalıdırlar
Suriya prezidenti Bəşar Əsəd Dəməşqdə İran İslam Respublikası xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Cabiri Ənsari ilə görüşündə Suriya və İranın hazırkı durumda ayıq-sayıq olmalarının vacibliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2017 16:34 Asia/Baku
  • Bəşar Əsəd: Suriya və İran ayıq olmalıdırlar
    Bəşar Əsəd: Suriya və İran ayıq olmalıdırlar

Suriya prezidenti Bəşar Əsəd Dəməşqdə İran İslam Respublikası xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Cabiri Ənsari ilə görüşündə Suriya və İranın hazırkı durumda ayıq-sayıq olmalarının vacibliyini vurğulayıb.

Bəşar Əsəd Cabiri Ənsari ilə görşündə İran İslam Respublikası dövləti, xalqı  və rəhbərliyinin terrorizm ilə mübarizə sahəsində Suriyaya dəstəyini yüksək qiymətləndirib. 

Görüşdə Cabiri Ənsari də İİR-in Suriya ilə əlaqədar regional və beynəlxalq tərəflərlə diplomatik fəaliyyətləri prossesi barədə məlumat verərək iki tərəf arasında davamlı və yaxın müzakirələrin vacibliyini vurğulayıb. 

Cabiri Ənsari və Bəşar Əsəd son siyasi  və hərbi durumu araşdıraraq Suriya böhranının həlli xüsusiylə Astana müzakirələri çərçivəsində gedən müzakirələr barədə fikir mübadiləsi aparıblar. 

Cabiri Ənsari Suriya rəsmiləri ilə görüş məqsədi ilə Dəməşqə səfər edib və bu gün Suriyanın xarici işlər naziri Vəlif Müəllim ilə də görüşüb.