Sen 07, 2017 10:50 Asia/Baku
  • Suriyalı komandan qələbəni təbrik edib
    Suriyalı komandan qələbəni təbrik edib

Suriya Prezident Qvardiyasının 104 saylı qarnizonunun komandanı Deyruzzurdakı qələbə münasibəti ilə Suriya prezidenti Bəşar Əsəd və Livan Hizbullahının baş katibi seyid Həsən Nəsrullahı təbrik edib.

Əl-Minar telekanalının verdiyi məlumata görə, General Üsam Zəhrəddin Suriya və Hizbullah bayraqlarını əlində turaraq deyib: Bu bayraqları öpürəm və başımın üstünə qoyuram. Bu iki bayraq Suriya və vətənin başını uca etdilər. Bu müqavimət seçimidir. Müqavimət rəhbəri seyid Həsən Nəsrullaha eşq olsun. Birinci mübariz, Suriya prezidenti Bəşar Əsədə eşq olsun. Bu qələbə münasibəti ilə seyid Həsəni və Bəşar Əsədi təbrik edirəm və bildirirəm ki, biz bu donuzlara qalib gələcəyik. Bu qələbəni şəhidlərin ruhuna, yaralılara və Deyruzzurun bizdən ayrılmayan şərəfli əhalisinə təqdim edirik. 

Teqlər