B.Əsəd Diyrəzzurda parlament seçkilərinin keçirilməsi haqda göstəriş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i282065-b.Əsəd_diyrəzzurda_parlament_seçkilərinin_keçirilməsi_haqda_göstəriş_verib
Suriya prezidenti Bəşşar Əsəd bu ölkənin şərqində yerləşən Diyrəzzur şəhərində parlament seçkilərinin keçirilməsi haqda göstəriş verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 11, 2017 14:57 Asia/Baku
  • B.Əsəd Diyrəzzurda parlament seçkilərinin keçirilməsi haqda göstəriş verib
    B.Əsəd Diyrəzzurda parlament seçkilərinin keçirilməsi haqda göstəriş verib

Suriya prezidenti Bəşşar Əsəd bu ölkənin şərqində yerləşən Diyrəzzur şəhərində parlament seçkilərinin keçirilməsi haqda göstəriş verib.

Suriya prezidenti Bəşşar Əsədin Diyrəzzur şəhərində parlament seçkilərinin keçirilməsi haqdakı göstərişi bu şəhərin üçillik mühasirəsinin sındırılmasından sonra verilibdir.

Bundan öncə Diyrəzzurun mühasirəsinə görə, bu şəhərdə parlament seçkiləri keçirilməyibdir. Suriyada əsas qanunun 2016-cı il aprelin 13-də dəyişdirilməsindən sonra bu ölkədə ikinci parlament seçkiləri Suriya dövlətinin nəzarəti altında olan məntəqələrdə keçirildi. Suriyada parlament seçkiləri dörd ildən bir keçirilir.

Suriyanın və onun müttəfiqlərinin qüvvələri 2017-ci il sentyabrın beşində Diyrəzzurun mühasirəsini sındıra, sonra isə bu şəhərin hərbi hava limanının nəzarətini öz ixtiyarlarına ala bildilər.

Suriya xarici işlər nazirinin müavini Feysəl Əlmiqdad bu ölkə xalqının iradəsi və seçimini Suriyanın taleyini təyin edəcək yeganə yol adlandırıbdır.