Sen 14, 2017 19:22 Asia/Baku
  • İraqın cənubunda terror aktı; 3 iranlı həlak oldu

İraqın cənub-şərqində Zi Qar vilayətinin Nasiriyyə şəhəri yaxınlığında iki terror aktı nəticəsində üçü iranlı olmaqla yeddi nəfər həlak olub.

İRİB-in məlumatına görə, İraqın Daxili İşlər Nazirliyi bildirib: Terrorçular cümə axşamı günü Zi Qar vilayətinin Nasiriyyə şəhəri yaxınlığında Fədək restoranı və yoxlama keçid məntəqəsinə hücum edib və eyni zamanda bomba quraşdırılmış avtomobili partladıblar. 

İraq Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, bu iki terror aktında 50 nəfər də yaralanıb. 

Terrorçular İraq qüvvələri qarşısında ardıcıl məğlubiyyətlər, əsasən də Neynəva vilayətində məğlubiyyətlər aldıqdan sonra İraqın müxtəlif şəhərlərində sivilləri qətlə yetirməyə üz tutublar. 

İŞİD terror qruplaşması 2014-cü ildən ABŞ və onun ərəb və qərbli müttəfiqlərinin maliyyə və hərbi dəstəyi ilə İraqa hücum edərək bu ölkənin şimal və qərbində bir çox əraziləri işğal etdi və saysız cinayətlər törətdi. O zamandan bəri İraq ordusu bu ölkənin xalq səfərbər qüvvələri və müqavimət qüvvələrinin dəstəyi ilə bu ərazilərin çoxunu İŞİD ünsürlərinin işğalından azad edib və praktiki olaraq bu terror qruplaşmasının İraqdakı işinə xitam verilmişdir. 

Teqlər