İşğal olunmuş Qüdsdə sionist hərbçilərlə ortodoks yəhudiləri arasında qarşıdurma
Sionist rejimin Ali Məhkəməsinin ortodoks yəhudilərin hərbi xidmətdən azad olunması üzrə qərarı ləğv etməsindən sonra, bir qrup ortodoks yəhudi Qüdsdə sionist rejim hərbçiləri ilə toqquşub.
İSNA-nın məlumatına görə, Edahardit adlı radikal qrupun yüzlərlə üzvü ortodoks yəhudilərin hərbi xidmətdən azad olunması üzrə sionist rejim Ali Məhkəməsinin qərarına etiraz olaraq Qüds şəhəri küçələrində aksiya keçirib.
Yəhudi etirazçılar sionist rejim ordusunda xidmətə qarşı yazılı plakatlar tutaraq bu rejim polisi ilə toqquşublar. Bu isə yeddi nəfər, o cümlədən iki yəhudi etirazçının yaralanması ilə nəticələnib.
Bu arada İsrail rejimi polisi bildirib: Qüds şəhəri küçələrinin bağlanması ilə nəticələnən bu aksiyaların davam etməsinin qarşısını almaq üçün 9 etirazçı saxlanılıb.
Ortodoks yəhudilərinin icbari xidmətdən imtina etməsi ilə yanaşı qeyd edək ki, sionist Yadiut Ahoronot qəzeti bir müddət öncə bir məqalədə bildirmişdi ki, sionist rejim ordusunun müharibə bölmələrinə qoşulmaq üçün qeydiyyat üçüncü dövr olaraq azalmışdır.
Sionist rejim hərbçilərinin gələcəyə namüidliyi, bu rejim başçılarının onlara yalan vədləri və Livan və Fələstin müqaviməti qarşısında ardıcıl məğlubiyyəti onların pərişan olmalarının əsas səbəbidir və gənclər bu rejim ordusuna qoşulmaqdan imtina edirlər.