Sionist hərbçilər Beyt-Ləhmdə fələstinli gənclərlə toqquşublar
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində Beyt-Ləhmdə fələstinli gənclərlə toqquşaraq azı 16 fələstinlini həbs ediblər.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, sionist rejim hərbçiləri Beyt-Ləhm şəhərinin şimal girişində fələstinlilərlə toqquşmada 19 yaşlı fələstinli gənci yaralayıblar.
Sionist rejim ordusu iddia edib ki, saxlanılan fələstinlilər bu rejim ordusu və qəsəbə sakinlərinə qarşı fəaliyyət göstəriblər.
Fələstin Kütləvi İnformasiya Vasitələri bundan öncə bildirmişdilər ki, sionist rejim hərbçilərinin İordan çayının qərb sahilinə gecə hücumunda 6 fələstinli həbs olunub.
Hal-hazırda təxminən 7 min fələstinli sionist rejim həbsxanalarındadır.
Sionistlər öz ekspansionist məqsədlərini əldə etmək üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum və fələstinliləri həbs edirlər.