Hüveycənin azad olunması əməliyyatına başlandı
İraq baş naziri Kərkük vilayətində Hüveycənin azad olunması əməliyyatına göstəriş verib.
Fars Xəbər Agentliyinin məlumatına görə, İraq baş naziri və ali baş komandanı Heydər əl-İbadi bir bəyanat verərək bildirib: İraqın bütün ərazilərinin azad olunması və İŞİD terrorçularından təmizlənməsi istiqamətində Hüveycənin azad olunması əməliyyatının ilk mərhələsi başlanıb.
Əl-İbadi bildirib: İraq qüvvələri eyni vaxtda bir neçə döyüşdədir və məğlubiyyətin acı dadını İŞİD terrorçularına dadızdırıblar.
İraqın əl-Anbar vilayətində Ənəh şəhərinin İŞİD terror qruplaşmasından azad olunması əməliyyatı çərşənbə axşamı günü ordu, polis və Həşdüş-Şəəbi qüvvələrinin iştirakı ilə başlanıb.
İraq qüvvələri 16 sentyabarda əl-Anbarda Əkaşat şəhərini İŞİD terror qruplaşmasının işğalından azad etdi.