Suriya-İraq sərhədlərinin azı 130 kvadrat kilometri də azad olunub
-
Suriya-İraq sərhədlərinin azı 130 kvadrat kilometri də azad olunub
Suriya ordusu və müttəfiq qüvvələr Vəl-Fəcr əməliyyatı başlandıqdan bəri İraqla sərhədin azı 130 kvadrat kilometrini də İŞİD terror qruplaşmasının ünsürlərindən təmizləyiblər.
Əl-Aləm televiziyası bu xəbəri bildirərək əlavə edib: İraq və Suriya orduları və müttəfiq qüvvələr koordinasiya olaraq İraqın Qaim və Suriyanın Bukamal şəhərlərində irəliləyirlər.
Suriya ordusu qum tufanı, hava şəraitinin münasib olmamasına baxmayaraq, şimala doğru və İraq-Suriya sərhədləri boyunca irəliləməni davam etdirir və nəzarət çevrəsini 130 kvadratkilometrdən çox artırmışdır.
Eyni zamanda İraq ordusu və xalq səfərbər qüvvələri Əkaşatdan sonra sərhədlərə doğru irəliləyirlər.
İraq komandanlarından biri deyib: 70 kilometrdən çox irəliləmişik, əl-Vəər səddini arxada qoymuşuq və əl-Bukamala doğru irəliləyirik.
Ərazinin düzənlik olması və yüksəkliklərin olmaması silahlı terrorçuların özlərini müdafiə edə bilməməsinə səbəb olub. Onların sadəcə bomba quraşdırılmış zirehli avtomobilləri vardır. Kamikadzelərdən istifadə edərək bu avtomobillərlə hücumlar təşkil edərək İraq ordusu bu avtomobillərdən birini müsadirə edib.
Bu komandan əlavə edib: İŞİD-çilər çox güclü şəkildə ruh düşkünlüyü ilə üzləşiblər. Hazırkı qarşıdurmalar snayperlər həddindədir. Onların yeganə qarşılaşması bomba quraşdırılmış avtomobillərdir. Şücaətli qüvvələr də bomba quraşdırılmış avtomobillərlə mübarizə aparırlar. Suriya ordusu və xalq səfərbər qüvvələrinin əhval-ruhiyyəsi çox güclüdür.
Suriya ordusu inamlı addımlarla Əl-Bukamala doğru irəliləyir və eyni zamanda İraq qüvvələri də Qaim şəhərinə doğru irəliləyirlər.
İraq qüvvələrinin irəliləməsi Suriya qüvvələrinin İraq istiqamətində təhlükəsizliyinin təmin olunması ilə nəticələnib.