Əl-İbadi İraq Kürdüstanı əhalisinə müraciət etdi
İraqın baş naziri Heydər Əl-İbadi bu gün İraq Kürdüstanı əhalisinə televiziya vasitəsilə müraciət edib, bir daha ölkənin ərazi bütövlüyünün və milli birliyinin qorunmasına təkid edib.
İRNA-nın məlumatına görə, Heydər Əl-İbadi İraq Kürdüstanında separatçı referendumun keçirilməsindən bir neçə saat öncə televiziya vasitəsilə etdiyi müraciətdə İraq Kürdüstanının yerli başçısı Məsud Barzaninin Kürdüstanın İraqdan ayrılması üzrə separatçı referendumun keçirilməsi haqda birtərəfli və qeyri-qanuni qərarını tənqid edib və deyib: Bağdad İraqın ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlərin görülməsini nəzərdə tutub və lazım olduğu anda bu tədbirləri həyata keçirəcək.
İraqın baş naziri bir daha İraq Kürdüstanı ilə bağlı problemlərin daxili problemlər olduğuna təkid edərək, maliyyə məsələsinə xüsusilə neft gəlirlərinə şəffaflığın gətirilməsini istəyib.