3 sionist öldürüldü; Qüdsdə
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283635-3_sionist_öldürüldü_qüdsdə
Bir fələstinli Qüds şəhərində 3 sionisti qətlə yetirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2017 08:48 Asia/Baku
  • 3 sionist öldürüldü; Qüdsdə
    3 sionist öldürüldü; Qüdsdə

Bir fələstinli Qüds şəhərində 3 sionisti qətlə yetirib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Livanın Əl-Məyadin informasiya kanalı bu gün səhər Qüdsün şimal-qərbində bir sionist qəsəbədə çıxan silahlı insident zamanı 3 sionistin öldürülməsi və daha bir sionistin yaralanmasından xəbər verib. 

İnformasiya qaynaqları bu hadisəni törədən şəxsin İsrail hərbçiləri tərəfindən vurularaq, şəhid edildiyini bildiriblər. 

Ötən 17 iyul tarixində də 3 fələstinli gənc Qüds şəhərində İsrail hərbçilərinə hücum edərək, 2 nəfəri öldürməyə nail olmuşdular. Bu 3 fələstinli isə İsrail hərbçiləri tərəfindən şəhid edilmişdi. 

Qüds və Əl-Əqsa məscidi 2015-ci ilin oktyabrında başlanan Qüds intifazəsindən bəri fələstinlilər və sionistlər arasında qarşıdurmaların şahididir. Bu müddət ərzində 380 fələstinli şəhid edilib.