Fransa xəbərdarlıq etdi: Kürdüstanın İraqdan ayrılması regionda gərginliyə səbəb olacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283777-fransa_xəbərdarlıq_etdi_kürdüstanın_İraqdan_ayrılması_regionda_gərginliyə_səbəb_olacaq
Röyters-in məlumatına görə, Fransa xarici işlər naziri İraq Kürdüstanı başçılarına xitabən bildirib ki, İraqdan ayrılmaqda israrlı olacaqları təqdirdə, bunun regionda gərginliyə səbəb olacağını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2017 14:49 Asia/Baku
  • Fransa xəbərdarlıq etdi: Kürdüstanın İraqdan ayrılması regionda gərginliyə səbəb olacaq

Röyters-in məlumatına görə, Fransa xarici işlər naziri İraq Kürdüstanı başçılarına xitabən bildirib ki, İraqdan ayrılmaqda israrlı olacaqları təqdirdə, bunun regionda gərginliyə səbəb olacağını deyib.

Röyters-in verdiyi məlumata görə, Jan İv Le Drian çərşənbə günü deyib: Hazırkı şəraitdə Kürdüstan məntəqəsi İraqdan ayrılarsa, heç şübhəsiz regionda yeni bir böhran başlanacaq və İraqda İŞİD terrorçularının məğlub olduğu bir ərəfəyə təsadüf edəcək. 

Le Drian əlavə edib: İraq Kürdüstanı İraqın bərpası prosesində iştirak etməli və vahid olmalıdır. Bu isə Kürdüstan məntəqəsinə ən yüksək muxtariyyat statusunun verilməsi ilə mümkün ola bilər. 

İraq Kürdüstanında separatçılıq referendumu daxili və xarici etirazlara və beynəlxalq tənqidlərə rəğmən təyin olunduğu tarixdə, 25 sentyabrda keçirildi. İraq Kürdüstanı muxtariyyatı başçısı Məsud Barzani şəxsi çıxarlarını İraq kürdlərinin və ümumiyyətlə İraqın milli maraqlarından daha üstün tutaraq, bu referendumun keçirilməsi üzrə qərarından geri dönmədi.