Sen 29, 2017 13:55 Asia/Baku
  • İraqın təhlükəsizlik qüvvələri İmam Hüseyn(ə) zəvvarlarının təhlükəsizliyini təmin etməyə hazırdırlar
    İraqın təhlükəsizlik qüvvələri İmam Hüseyn(ə) zəvvarlarının təhlükəsizliyini təmin etməyə hazırdırlar

Mərkəzi Fərat əməliyyat komandanlığı İraqın 20 mindən yuxarı təhlükəsizlik qüvvəsinin müqəddəs Kərbəla zəvvarlarını himayə üzrə təhlükəsizlik layihəsində iştirak etməsindən xəbər verib.

Əlaləm telekanalının məlumatına görə, Mərkəzi Fərat əməliyyatının komandanı general-mayor Qeys Xələf Rəhimə əl-Muhəmmədavi deyib: Zəvvarların Kərbəlada İmam Hüseyn(ə)-ın pak hərəminə doğru milyonluq hərəkəti başlanıb və əzadarlığın kulminasiya nöqtəsi Aşura günü olacaqdır. Əzadarların Hüseyn Tasuası və Aşurası mərasimlərindəki böyük toplantıları güclü təlükəsizlik nəzarətinə ehtiyaclıdır.

Əl-Muhəmmədavi söyləyib: İraqlı qüvvələrin İŞİD-in işğalı altında olan məntəqələrin azad edilməsi əməliyyatlarındakı diqqətəlayiq uğurlarına əsasən, terrorçuların əzadarlıq mərkəzlərində, məscidlərdə və hətta restoranlarda günahsız vətəndaşlardan intiqam almaları imkanı vardır. Bu üzdən, Hüseyn(ə) əzadarlarının milyonluq toplantıları xüsusi təlükəsizlik nəzarətinə ehtiyaclıdır.

Teqlər