İraqın Həvicə məntəqəsində dörd kənd azad edilib
İraqın polis komandanı bildirib ki, bu ölkənin xüsusi təyinatlı polis qüvvələri Həvicə şəhərinin qərbində dörd kəndi İŞİD-in işğalından azad ediblər.
İraqın polis komandanı Raid Şakir Cəudət vurğulayıb: Polis qüvvələri İŞİD ünsürlərini Həvicə şəhərinin qərbindəki Əlşəcərə, Həmud Əlxələf, Ələbəlat və Əlməstah kəndlərindən çıxarandan sonra İraq bayrağını bu məntəqələrdə dalğalandırıblar.
İraqın ordusu və xalq səfərbər qüvvələri bu gün səhər tezdən üç istiqamətdən Kərkükün cənub-qərbində yerləşən Əlhəvicə şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatının ikinci mərhələsinə başlayıblar.
İŞİD-in İraqın şimalındakı ən mühüm bazası sayılan Əlhəvicənin azad edilməsi əməliyyatının birinci mərhələsi sentyabrın 21-də başlanıb və uğurla başa çatıbdır.
İraqda müharibə təbliğatı qərargahı bildirib ki, mərkəzi polis bölmələri və xalq səfərbər qüvvələri bu əməliyyatda 63 kəndi azad ediblər.