Amerikan koalisiya Suriyada mülkiləri qırmaqda davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284153-amerikan_koalisiya_suriyada_mülkiləri_qırmaqda_davam_edir
Suriyada daha onlarla mülki ABŞ-ın komandanlığı altında olan dırnaqarası anti-İŞİD koalisiyasının qırıcıları tərəfindən qətlə yetirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2017 07:14 Asia/Baku
  • Amerikan koalisiya Suriyada mülkiləri qırmaqda davam edir
    Amerikan koalisiya Suriyada mülkiləri qırmaqda davam edir

Suriyada daha onlarla mülki ABŞ-ın komandanlığı altında olan dırnaqarası anti-İŞİD koalisiyasının qırıcıları tərəfindən qətlə yetirilib.

ABŞ-ın komandanlığı altında olan dırnaqarası anti-İŞİD koalisiyasının qırıcıları özünün ən son hava hücumlarında Suriyanın Əlriqqə şəhərinin ətrafını bombalayıblar. Nəticədə 45 sivil həlak olub, onlarla nəfər də yaralanıbdır.

Dünən gecə də 12 mülki amerikan koalisiyanın Diyrəzzur ətrafında yerləşən Əlbukəmal şəhərinə və "Bəqrəsi Fuqani" məntəqəsindəki bir kəndə qarşı hücumunda öldürülüb.

Beynəlxalq koalisiya təzəlikdə etiraf edibdir ki, İraq və Suriyaya qarşı hava hücumlarında əlli sivili qətlə yetiribdir.

Beynəlxalq koalisiyanın İraq və Suriyaya qarşı hava hücumlarını izləyən "İroverz"(Iroverz) nəzarət qrupu son zamanlar bildirib ki, 2014-cü ildən bəri amerikan koalisiyanın İraq və Suriyaya qarşı hava hücumlarında təqribən üç min sivil öldürülüb.

ABŞ-ın komandanlığı altında olan dırnaqarası anti-İŞİD koalisiyası Obamanın prezidentliyi dövründə "İraq və Suriyada yerləşən terrorçularla mübarizə" kimi iddialı hədəflə formalaşdı. Belə bir halda, rəsmi məlumatlara görə, Amerika və onun qərbli və ərəb şərikləri İŞİD daxil olmaqla terror qruplarının yaradıcıları, eləcə də onlara maliyyə və silah cəhətdən dəstək verən ölkələrdirlər.