Əl-İbadi Kərkükdə peşmərgələrin hərbi hərəkətləri haqda xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284267-Əl_İbadi_kərkükdə_peşmərgələrin_hərbi_hərəkətləri_haqda_xəbərdarlıq_edib
İraq baş naziri münaqişəli bölgələrdə hərbi hərəkətlər haqda xəbərdarlıq edib və onu təhlükəli adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2017 08:14 Asia/Baku
  • İraq baş naziri Heydər əl-ibadi
    İraq baş naziri Heydər əl-ibadi

İraq baş naziri münaqişəli bölgələrdə hərbi hərəkətlər haqda xəbərdarlıq edib və onu təhlükəli adlandırıb.

İraq parlamentinin deputatı Casim Məhəmməd Cəfər deyib: İraq Kürdüstanı rəhbəri Məsud Barzani bəzi kürd şəxsiyyətlərlə görüşdə onlara göstəriş verib ki, İraq hərbçiləri Kərkük neft quyularına yaxınlaşdıqları halda, onlara atəş açsınlar. 

İRNA-nın məlumatına görə, İraq baş naziri Heydər əl-ibadi çərşənbə axşamı günü həftəlik mətbuat brifinqində İraq Kürdüstanı başçılarına xitabən münaqişəli bölgələrdə hər hansı gücdən istifadə etmələrini qəbuledilməz adlandırıb və Ərbildən bu bölgələrin birgə və federal rəhbərləri ilə idarə olunmasını istəyib. 

Əl-İbadi İraq Kürdüstanı başçılarına xəbərdarlıq edib ki, Kərkükə hərbi qüvvə ezam etməkdən çəkinsinlər. Çünki bu hərəkət təhlükəlidir.