Həvicə əməliyyatında 270 terrorçu öldürülüb
İraq federal polisi Kərkükün 70 km cənub-qərbində Həvicənin azad olunması əməliyyatında 270 terrorçunun öldürüldüyünü bildirib.
İraqın şimalında terror qruplaşmasının son bazası sayılan Həvicənin azad olunması əməliyyatı 21 sentyabrda ordu, terrorizmlə mübarizə, çevik reaksiya, mərkəzi polis və Həşdüş-Şəəbi qüvvələrinin iştirakı ilə başlandı və 5 oktyabrda uğurla başa çatdı.
İRNA-nın məlumatına görə, İraq federal polisi bir bəyanatda bildirib: bu əməliyyatda 141 qəsəbə və kəndə şamil olan 640 kvadratkilometr ərazi İŞİD terror qruplaşmasının işğalından azad olunub.
İraq federal polisinin rəisi Raid Şakir Cövdət də Həvicə şəhərinin azad olunması əməliyyatının 2-ci etapında 144 terrorçunun öldürüldüyünü qeyd edərək bildirmişdi ki, bu əməliyyatda 23 qəsəbə və kənd azad olunub, İŞİD-ə məxsus 13 müdafiə mövqeyi məhv edilib və 150 ailə döyüş bölgəsindən çıxarılıb.
Həvicə şəhərinin azad olunması ilə İŞİD-in İraq ərazilərindən tamamilə geri oturdulmasını demək olar. İŞİD-in bu ölkədəki iştirakı Suriya ilə sərhəddəki bəzi bölgələrlə məhdudlaşıb.
Əl-Anbar əməliyyat komandanı ordu generalı Mahmud əl-Fəllahi də bu gün Ər-Rəmadinin qərbində ordunun qərargahına hücum etməyə cəhd edən İŞİD terrorçusunun öldürüldüyünü bildirib: Kamikadze hərbi qərargaha yaxınlaşmadan öncə ordu qüvvələri tərəfindən məhv edildi.
İraq ordusu və xalq səfərbər qüvvələri ötən üç il ərzində qərb ölkələri tərəfindən məhv edilməsi üçün azı on ilin proqnoz olunduğu İŞİD-in İraqdakı işğalçılığına son qoya bilmişlər.