Okt 07, 2017 12:34 Asia/Baku
  • Bir qrup İŞİD terrorçusu İraq Kürdüstanına qaçıb
    Bir qrup İŞİD terrorçusu İraq Kürdüstanına qaçıb

İraq Xalq Səfərbər Qüvvələrinin komandanlarından biri deyib: İŞİD terror qruplaşmasının çoxlu sayda üzvü Həvicə şəhərinin azad olunması əməliyyatından sonra İraq Kürdüstanına qaçıb.

Əl-Aləm televiziyasının məlumatına görə, Muin əl-Kazimi həmçinin kürd peşmərgə qüvvələrini İŞİD terrorçularını etibarlı sığınacaqlara təmin etmək və onları gizlətməkdə ittiham edib. 

Əl-Kazimi deyib: Peşmərgə qüvvələri mühasirəyə düşən İŞİD terrorçuları, xüsusilə də bu qruplaşmanın xarici üzvlərinin geri çəkilməsi üçün yayındırıcı keçidlər və yollar yaradırlar. İŞİD qruplaşmasının təxminən 300 xarici üzvü Həvicədən Kürdüstan bölgəsinə doğru qaçıb və orada onlar üçün etibarlı sığınacaq yaradılıb. Bu nigaranlıq vardır ki, bu şəxslərdən bir daha terror əməliyyatında istifadə oluna bilər. 

Teqlər