Okt 09, 2017 10:07 Asia/Baku
  • İran, Türkiyə və İraq prezidentləri Bağdadda bir araya gələcəklər
    İran, Türkiyə və İraq prezidentləri Bağdadda bir araya gələcəklər

İraq mənbələri İran İslam Respublikası, Türkiyə və İraq prezidentlərinin yaxın günlərdə Bağdadda bir araya gələcəklərindən xəbər verib.

İRİB-in verdiyi məlumata görə, Nuri Əl-Malikinin başçılıq etdiyi İraqın Milli Koalisiya rəhbərlərindən olan Casim Məhəmməd Cəfər bazar günü Əl-Ərəbiyyə internet portalına verdiyi müsahibədə deyib: İran, Türkiyə və İraq prezidentlərinin İraq Kürdüstanında son referendumun araşdırılması üzrə üçtərəfli görüşü yaxın günlərdə Bağdadda keçiriləcək. 

Casim Məhəmməd Cəfər deyib: Üç ölkənin prezidentləri Həsən Ruhani, Rəcəb Təyyib Ərdoğan və Heydər Əl-İbadinin iştirakı ilə bu iclasın keçirilməsi artıq razılaşdırılıb. 

O deyib: Bağdad iclasında İraq Kürdüstanı böhranı ilə və bu bölgədə keçirilmiş referendum mövzusu ilə qarşılaşmaq yolları  araşdırılacaq və İraq Kürdüstan bölgəsinin yerli idarəetmə qurumlarına qarşı təşəbbüslərin bu bölgə əhalisinə ziyan yetirməməməsi üçün lazımı qərarlar çıxarılacaq. 

İraq Kürdüstanı bölgəsində referendum beynəlxalq ictimaiyyət və İraq dövlətinin qətiyyətli müxalifətinə rəğmən sentyabrın 25-də bu bölgənin başçısı Məsud Barizaninin şəxsi ambisiyaları əsasında keçirildi. Barizaninin bu hərəkəti İraqın mərkəzi dövləti ilə Ərbil arasındakı böhranı gücləndirdi.  

Teqlər