Ədən körfəzində dəniz quldurlarının hücumu zərərsizləşdirilib
Okt 09, 2017 19:10 Asia/Baku
Bu gün səhər Ədən körfəzində dəniz quldurlarının hücumu İran İslam Respublikası ordusunun strateji dəniz qüvvələrinin Əlvənd gəmisi tərəfindən zərərsizləşdirilib.
İİR Dəniz Qoşunlarının ümumi əlaqə şöbəsindən bildiriblər ki, dəniz quldurları 7 ədəd qayıq və yüngül və orta silahlardan istifadə edərək böyük məbləğdə dəyərə malik olan yükləri daşıyan İranın ticarət gəmisini oğurlamaq istəyiblər. Əlvənd hərbi gəmisi bu barədə müraciət daxil olan kimi vaxtlı-vaxtında təhlükə ərazisində olub və dəniz quldurlarının bu hücumunu zərərsizləşdirib. İİR -in Əlvənd hərbi gəmisi ordunun dəniz qoşunlarının 48 saylı gəmi qrupu çərçivəsində üzərinə qoyulan missiyanı yerinə yetirmək üçün ötən ay azad sulara çıxmışdır.