Okt 16, 2017 19:49 Asia/Baku
  • Kərkükdə son durum
    Kərkükdə son durum

İraq ordusu bu ölkə Parlamentinin qərarını həyata keçirmək üçün dünən axşamdan geniş əməliyyatlara başlayıb.

3 il öncə İŞİD-in İraqda səbəb olduğu çaxnaşma və xaos şəraitinidən istifadə edən kürd qüvvələr neftlə zəngin olan Kərkük vilayətinin bəzi hissələrinə nəzarəti ələ keçiriblər.

İraqlı qüvvələr bu gün Kərkük vilayətində Keyvan hərbi bazası ilə yanaşı, Kərkükün 50 kilometrliyində yerləşən Tuzxurmatu şəhərinə nəzarəti ələ keçiriblər. İraqın Terrorizm İlə Mübarizə Qüvvələri də cənub istiqamətdən Kərkük şəhərinin girişinə nəzarəti təmin etməyi bacarıblar. Iraqli qüvvələr həmçinin Baba Qorqor neft yatağına, neft şirkətinə və Kərkük hava limanına nəzarəti ələ keçiriblər.

Bəzi mənbələr Barzaniya bağlı Peşmərgə yaraqlıları ilə İraqlı qüvvələr arasında pərakəndə döyüşlərin getməsindən xəbər veriblər. Amma, bir çox məntəqələrdə kürd yaraqlıları dövlət qüvvələri ilə əməkdaşlıq edərək, nəzarətləri altına olan ərazilərdən geri çəkiliblər.

İraqın Müştərək Əməliyyat Qarargahı da iraqlı qüvvələrə hər hansı hücumla bağlı xəbərdarlıq edib.

İraqın baş naziri də kürd vətəndaşların təhlükəsizliyinin qorunmasına təkid edərək, deyib: Biz Kərkükdə sadəcə mərkəzi hökumətin nəzarətini təmin etmək, təhlükəsizliyə zəmanət vermək və milli sərvəti qorumaq üçün lazım olan tədbirləri həyata keçiririk.

Heydər Əl-İbadi deyib: Bizim vəzifəmiz konstitusiya əsasında hərəkət etmək və separatçı referendumun keçirilməsi nəticəsində parçalanma təhlükəsi ilə qarşı-qarşıya olan ölkəmizi təhdidlərdən qorumaqdır.

İraqın baş naziri həmçinin, İraq Kürdüstanı yerli qüvvələrindən istəyib ki, İraq silahlı qüvvələrinin bir parçası olaraq, Müştərək Əməliyyat Qərargahının nəzarəti altında rəftar etsinlər.

 

 

Teqlər