Okt 17, 2017 13:02 Asia/Baku
  • Sincar da iraqlı qüvvələrin nəzarətinə keçdi
    Sincar da iraqlı qüvvələrin nəzarətinə keçdi

Sincar şəhərində məlumatlı mənbələr kürdlərin bu şəhərdən geri çəkilmələri və şəhərin iraqlı qüvvələrin nəzarətinə keçməsindən xəbər veriblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, iraqlı qüvvələr bu gün səhər çağı heç bir qarşıdurma olmadan Sincarı nəzarətə alıblar və İraq bayrağı bu şəhərin mərkəzində ucadılıb. 

Ərəb xəbər mənbələri bildiriblər ki, İraqın xalq səfərbər qüvvələri kürd peşmərgələrin müqaviməti olmadan Sincar şəhərinə daxil olublar. 

İraqlı mənbələr bildiriblər ki, Dünən gecə yarısından başlayaraq 40 min ordu, sürətli reaksiya, terrorizm ilə mübarizə və zirehli bölmələrdən ibarət İraq qüvvələri Kərkükdə təhlükəsizliyin təmini əməliyyatına start veriblər. Bu əməliyyat Kərkükün neft təsisatları, hərbi mərkəzləri, aeroportu və icra hakimiyyəti binasının heç bir müqavimət olmadan kürd peşmərgələrin nəzarətindən çıxarılması ilə nəticələnib. 

İraq hökumətinin sözçüsü Səd Əl-Hədisi iraqlı qüvvələrin Kərkükün təhlükəsizliyinin təmini və mərkəzi hökumətin bu ərazilərə hakimiyyətinin bərpası üzrə əməliyyatına toxunaraq deyib: Kərkük şəhər sakinlərinin hadisələri düzgün qiymətləndirməsi və bu qanuni əməliyyatı müsbət qarşılaması sayəsində qısa zamanda Kərkükdə nizam-intizam yaradılıb. 

Teqlər