Əl-İbadi: Referendum qurtardı və tarixə qovuşdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285393-Əl_İbadi_referendum_qurtardı_və_tarixə_qovuşdu
İraqın baş naziri 25 sentyabr 2017-ci il tarixində İraq Kürdüstanında keçirilən separatçı referenduma işarə edərək, deyib: Referendum başa çatdı və tarixə qovuşdu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2017 09:34 Asia/Baku
  • Əl-İbadi: Referendum qurtardı və tarixə qovuşdu

İraqın baş naziri 25 sentyabr 2017-ci il tarixində İraq Kürdüstanında keçirilən separatçı referenduma işarə edərək, deyib: Referendum başa çatdı və tarixə qovuşdu.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi çərşənbə axşamı Bağdadda mətbuat konfransında deyib: Separatçı referendumun ilk olaraq kürdlərin özlərinə zərər vuracağı barədə Kürd başçılara xəbərdarlıq edilmişdi. 

Əl-İbadi heç vaxt vətəndaş müharibəsinə yol verməyəcəyini deyərək, İraq Kürdüstanı başçılarını ölkə konstitusiyası əsasında danışıqlara dəvət edib. 

İraqın baş naziri iraqlı qüvvələrin ölkənin qərbindəki hərbi əməliyyatları barədə də deyib: Tezliklə İraqın bütün ərazilərinin İŞİD-in işğalından azad edilməsinin və Suriya ilə bütün sərhəd məntəqələrə nəzarətin təmin edilməsinin şahidi olacağıq.