Okt 19, 2017 13:45 Asia/Baku
  • Əl-İbadi Kərkükdə yaraqlıların fəaliyyətinə qadağa qoyub
    Əl-İbadi Kərkükdə yaraqlıların fəaliyyətinə qadağa qoyub

İraqın baş naziri Kərkük vilayətində mərkəzi hökumətin tabeliyində olan qüvvələrdən başqa sayir silahlı qrupların fəaliyyətinin qarşısının alınmasına əmr verib.

Əl-İttica telekanalının verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi bir bəyanatda bildirib ki, Kərkükdə təhlükəsizlik qüvvələri bütün vətəndaşların əmlakının təhlükəsizliyini təmin etməlidirlər. 

İraqın baş nazirinin dediyinə görə, Kərkükdə yerli polis və terrorizm ilə mübarizə qüvvələrindən başqa hərbi və təhlükəsizlik qüvvələrinin fəaliyyəti qadağan edilir. İraqın baş naziri həmçinin fitnəkarlıq məqsədi ilə saxta videolar yayanların həbs edilmələrinə göstəriş verib. 

Teqlər