Həşdüşşəbi ABŞ-ın üzr istəməli olduğunu bildirib
İraqın Həşdüşşəbi qüvvələrinin sözçüsü ABŞ-ın dövlət katibinin İraq xalq səfərbər qüvvələrinə qarşı son bəyanatına münasibət bildirərkən, Amerikanın bu qüvvələrdən üzr istəməli olduğunu vurğulayıb.
ABŞ dövlət katibi dünən Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşündən sonra iddia edib ki, İraqda İŞİD ilə müharibə aparan şiə yaraqlılar artıq işlərini görüblər və öz ölkələrinə qayıtmalıdırlar.
Mehr xəbər agentliyinin Əssuməriyyə Nyusa istinadən verdiyi məlumata görə, İraqın Həşdüşşəbi qüvvələrinin sözçüsü Əhməd Əl-Əsədi bu gün deyib: ABŞ dövlət katibinin Həşdüşşəbi barədə sözləri qəbulolunmaz, əsassızdır, qeyri-real və boş ittihamdır və Həşdüşşəbi qüvvələrinin hamısı iraqlı döyüşçülərdir.
Əl-Əsədi Reks Tillersonun sözlərinin onun təcrübəsizliyi, tədbirsizliyi və axıdılmış qanları kiçik sanmasından mənşə aldığını bildirərək deyib: İraqda bütün müşavirlər İraq dövlətinin məlumatı ilə fəaliyyət göstərir və hökumət terrorizmə qarşı əməliyyat bitdikdən sonra onların ölkəni tərk etmələrini istəyəcək.
İraqıın baş naziri Heydər Əl-İbadinin mətbuat ofisi də bu gün Reks Tillersonun sözlərinə münasibət bildirmişdir: "Əl-Həşdüşşəbi qüvvələri vətəni müdafiə uğrunda canlarından keçən milli qəhrəmanlardır və kimsənin bu kimi məsələlərə müdaxilə etmək və İraq üçün qərar verməyə haqqı yoxdur."