Okt 27, 2017 13:48 Asia/Baku
  • İraqda
    İraqda "Qaim" sərhəd məntəqəsinin azad edilməsi əməliyyatının 2-ci etapı başlanıb

Əlminar telekanalı İraqın qərbindəki Ələnbar vilayətində "Qaim" sərhəd məntəqəsinin azad edilməsi əməliyyatının 2-ci etapının başlanmasından xəbər verib.

İraqın müştərək qüvvələri "Qaim" sərhəd məntəqəsinin azad edilməsi əməliyyatının 1-ci etapında "Vadi Əlnəsr", "Vadi Ubəyd", "Vadi Ələğər", "Vadi Əlhulqum" və "Vadi Cəhiş" məntəqələrini azad edərək, İŞİD-ə ağır xəsarət və tələfat vurublar.

İraq qırıcıları bu ölkə ordusunun bölmələrinə hücum etmək niyyətində olan İŞİD terrorçularının İraq ilə Suriya arasında yerləşən Qaim sərhəd şəhərinin tabeliyində olan Əlrumanə məntəqəsindəki mövqelərini bombalayıblar; nəticədə 22-dən çox təkfirçi terrorçu, o cümlədən onların başçılarından bir neçəsi məhv edilib.

Həmçinin İraq ordusunun Ələnbar vilayətinin qərbinə qarşı hava hücumunda terrorçuların bomba qoyulmuş bir neçə avtomobili məhv edilib.

İraq ordusunun "Qaim" sərhəd məntəqəsinin və Ələnbar vilayətinin qərbində yerləşən Ravəh məntəqəsinin azad edilməsi əməliyyatının sonuncu etapı bu ölkənin baş naziri Heydər Əlibadinin göstərişi ilə dünən səhər başlanıb.

Teqlər